Bakıda 16 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışı keçirilib. Komanda iki yoxlama oyununda da gücünü sınayıb.
U-16-nın baş məşqçisi İlham Yadullayev sınaq matçları və planlar haqda "Football-plus.az"a bunları söylədi:
“EFA-nın U-17 komandasına qarşı keçirdiyimiz oyunda 5:0 hesablı qələbə qazandıq. İkinci görüşdə isə “Neftçi”nin U-17 komandasına 0:1 uduzduq. Heyətimiz 2008-ci il təvəllüdlü oyunçulardan ibarətdi. Bu qarşılaşmalar da onların nəyə qadir olduğunu yoxlamaq üçün təşkil olundu. Builki hədəfimiz istedadlı yeniyetmələri kəşf edilməsidi. Özünü doğruldanlar yığmaya cəlb olunacaq”.
KƏNAN BAHADIR