Milli komandanı formalaşdırmaq baxımından iki önəmli oyun

18.05.2023 12:06 305
Yığma
16 yaşadək futbolçulardan ibarət millimizin mayın 22-dən 29-dək Bakıda təlim-məşq toplanışı olacaq. Hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu da nəzərdə tutulub. U-16 mayın 27-də və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bu haqda ətraflı məlumatı yığmanın baş məşqçisi İlham Yadullayevdən aldıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Hazırkı heyətin beynəlxalq qarşılaşmalar üçün təcrübəsi yoxdu. İlk dəfə başqa ölkə təmsilçisinə qarşı mübarizə aparacaqlar. Mayın 22-də hazırlığa başlayacağıq.

Komandanı formalaşdırmaq baxımından önəmli matçlardı. Üstün və zəif cəhətlərimizi aydınlaşdırıb, üzərində işləyəcəyik. Seçim xarakterli qarşılaşmalar olduğundan hesabın o qədər də önəmi yoxdu. Lakin Azərbaycan təmsilçisi kimi meydana çıxacağımıza görə qələbə qazansaq, daha yaxşı olar".


KƏNAN BAHADIR