• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” haqqını necə qorumalıdı? - KÖŞƏ

Premyer-liqa / Yazarlar

5-02-2024, 18:0

“Zirə”nin “Sabah”a 0:1 hesabıyla uduzması premyer-liqanın ötən turunun əsas hadisəsi oldu.

Daha doğrusu, bu oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun “CBC Sport” ekranında və mətbuat konfransında etiraz səsini ucaltmasıyla başlayan proses. Sonradan bu prosesə müxtəlif səviyyələrdə dəstək verildi. Hiss etmək çətin deyildi ki, klub rəhbərliyi də Sadıqovla həmfikirdi, onlar da “Zirə”nin zirvəyə gedən yolunun hakimlər tərəfindən kəsildiyini düşünürlər. Sözün düzü, şəxsən mənə belə etiraz forması bir qədər qəribə gəldi. 

Mən azərbaycanlı futbol hakimlərinin zəif idarəçiliyinə haqq qazandırmıram. Zaman-zaman onların ifasında kobud səhvlərə, bəzən hətta qərəzli qərarlara şahidlik edirik. Amma bunun kampaniya xarakterli olduğunu, bilavasitə “Zirə”nin “vurlmasına” hesablandığını demək çətindi. Həmkarlarımızın mövzuyla bağlı hazırladığı materialda da qeyd olunur ki, VI tur çərçivəsində keçirilən “Zirə” - “Sumqayıt” qarşılaşması zamanı “qartallar” artıq 10-cu dəqiqədə azlıqda qalıb. Buna baxmayaraq, “Sumqayıt”ı üstələmək mümkün olub. Həmin vaxt Rəşad Sadıqovun çalışdırdığı komanda 1:0 hesablı qələbəyə sevinmişdi. Deməli, bəzi hallarda hakim qərarları belə komandanın qələbə istəyinin, apardığı mübarizənin qarşısında əngələ çevrilə bilməz. “Sumqayıt”la görüş də bunun əyani sübutudu.

Bir az kobud səslənsə də, qəbul etməliyik ki, hakim səhvləri Azərbaycan premyer-liqasının bəzəyidi. Elə “Sabah”la “Zirə”nin bundan əvvəlki qarşılaşmasında da ədaləti qorumalı olanların qərarları mübahisə və müzakirə mövzusuna çevrilmişdi. Sizin də yadınızda olar, noyabrın əvvəlində 12-ci turun görüşündən sonra “Sabah” konkret məqamlarla zəngin videoçarx yaymışdı. Həmin görüntülərdə “Sabah” tərəfi isbatlamağa çalışırdı ki, “Zirə” ilə oyun zamanı hakimlər kobud səhvlərə yol verib. Baş hakim Tural Qurbanov görüşün 42-ci dəqiqəsində meydan sahiblərini azlıqda qoymuşdu. “Sabah”ın aparıcı üzvlərindən biri sayılan Emmanuel Apeh hakimin qərarına etirazını bildirdiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulmuşdu. Azlıqda qalan “Sabah” “Zirə” ilə yaxşı mübarizə aparmağı bacarmışdı, qonaqlar Rüstəm Əhmədzadənin 91-ci dəqiqədə vurduğu qol sayəsində Masazırdan 3 xalla ayrılmışdılar.

“Sabah”ın həmin vaxt ucaltdığı etiraz səsində haqlı məqamlar çox idi. Amma nə o vaxt, nə də ondan sonrakı hallarda AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsi hansısa referinin qərarını ləğv etməyib, kiminsə itirdiyi vacib xallar bərpa olunmayıb. Futbolun qaydalarından biri də elə budu. “CBC Sport”da səhər-axşam nümayiş etdirilən reklam çarxında deyildiyi kimi: “Hakim meydanda həlledici qərar verən şəxsdi”. Yəni onun qərarlarını müzakirə etmək elə müzakirə xətrinə görülən işdi, onu hansısa formada dəyişmək mümkün deyil. Uzaqbaşı Apellyasiya Komitəsi sonradan xətalı vərəqəni ləğv edə, yaxud da dəyişdirə bilər. Yaxud da kiminsə sərt cəzası azaldılar. Vəssalam. Təkrar edirəm, bu cür idarəçilik heç mənim də ürəyimcə deyil. Zaman-zaman yazılarımda, efirdəki çıxışlarımda mən də belə ədalətsizliyə, hakim səvhlərinə qarşı etiraz səsimi ucaldıram, haqqı pozulana dəstək olmağa çalışıram. Necə ki, bunu dəfələrlə elə “Zirə”nin də xeyrinə etmişəm.

Amma indiki halda “Zirə” – “Sabah” qarşılaşmasındakı idarəçiliyin ətrafında belə ajiotajın yaradılması, hətta əvvəlki turlarda verilən mübahisəli qərarların xatırlanması heç də xeyrə əlamət deyil. Belə olsa, gərək sandığı açasan, pambığı tökəsən. Arxivi qurdalayanda hakimlərin kimin xeyrinə neçə qərar verdiklərini, kimin haqqını neçə dəfə “yediklərini” müəyyənləşdirmək də çox çətin olur. Dünən de belə idi, bu gün də belədi, elə sabah da belə olacaq. Çünki AFFA-nın hakimlərlə bağlı siyasətində xeyli yanlışlıqlar var. Ümumiyyətlə, AFFA-nın özünün başdan-başa yenilənməsi qaçılmazdı.

Sadə bir xatırlatma etməklə bu mövzunu yekunlaşdırıram və ümid edirəm ki, bir daha belə müzakirələrə qayıtmalı olmarıq. “Sabah”la oyundan sonrakı mətbuat konfransında çox hörmətli Rəşad Sadıqov etiraz səsini bildirərkən belə deyib: “Qurban Qurbanovla Rəşad Sadıqova irəli getmək olmaz” . Rəşad bəyin nə demək istədiyi məlumdu. Bəli, Qurban Qurbanov və onun çalışdırdığı “Qarabağ” həm daxili çempionatda, həm də avrokuboklarda hakim səhvlərindən çox əziyyət çəkib. Qurban bəyin bu səhvlərə soyuqqanlı yanaşdığı da hamımızın bildiyi həqiqətdi. Qəribədi ki, “Zirə”yə qarşı olan hakim səhvlərindən bəhs edən süjetdə 18-ci turdakı “Qarabağ”la görüş də xatırlanır. Vurğulanır ki, baş hakim Cavid Cəlilov iki epizodda “köhlən atlar”ın futbolçularını meydandan qovmayıb. Belə yerdə məntiqi tapmaq çox çətindi. Rəşad Sadıqov özü də hesab edir ki, hakimlər “Zirə” ilə yanaşı, “Qarabağ”ın da irəli getməsinə mane olur. Bəs onda “Qarabağ” – “Zirə” görüşündə Cəlilov nə üçün meydan sahiblərini kömək etmək fikrinə düşsün? Yəni “Zirə”yə münasibətdə aqressivlik daha güclüdü?

Nə mən məntiq axtarışıyla özümü çox yorum, nə də “Zirə” belə işlərə artıq enerji sərf etsin. Hakim səhvlərinə qarşı mübarizənin ən yaxşı yolu elə güclü olmaq, meydanda qalib gəlməkdi. İnanın mənə, cənablar!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

15-09-2023, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Aktual / Ölkə futbolu

14-08-2023, 16:0

Gedən futbolçu dedi: “Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmək ayrıca dəyərdi”

Premyer-liqa / Manşet

6-10-2023, 19:0

“Zirə” zirvədə qaldı - YENİLƏNİB

Aktual
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
“Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
“Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
Son xəbərlər
  • Bu gün, 21:31
    "Sabah" hesabı bərabərləşdirdi - YENİLƏNİR
  • Bu gün, 20:55
    Karateçilərimiz 6 medal qazandı - AÇ
  • Bu gün, 20:24
    Türkiyə çempionatında yeni mövsümlə bağlı əsas tarixlər bəlli oldu
  • Bu gün, 19:53
    Ağlasığmaz avtoqol ''Əl-Nəssr''in və Ronaldonun çempionluğunu təxirə saldı
  • Bu gün, 19:22
    Millimiz Türkiyədə yoldaşlıq oyunları keçirəcək
  • Bu gün, 18:51
    "Sabah" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 18:46
    “Neftçi”nin qızlar komandası yenə çempion oldu
  • Bu gün, 18:16
    ''Qalatasaray''ın ulduzunu alış-veriş mərkəzində yumruqladılar!
  • Bu gün, 17:45
    Şahin Diniyev “Şamaxı”da?
  • Bu gün, 17:14
    “Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
  • Bu gün, 16:55
    Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
  • Bu gün, 16:24
    "Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
  • Bu gün, 15:53
    “Qarabağ” - “İmişli” matçının biletləri satışdadı
  • Bu gün, 15:22
    Məğlubiyyətsiz ''Benfika'' hətta "ÇL zonası"ndan da kənar qaldı!
  • Bu gün, 14:51
    İki ildi Rəşad Sadıqovu izləyən təhlükə - Dambrauskas onu “istefaya göndərmək” istəyir!
  • Bu gün, 14:20
    "Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi bəlli oldu
  • Bu gün, 13:59
    Cibrila oynasa, “Zirə” kuboku qazanacaq! - “Sabah” yenə “Bu şəhər ikimizə dar”ı səsləndirəcək?
  • Bu gün, 13:40
    Felipe Santos milliyə dəvət aldı
  • Bu gün, 13:28
    Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
  • Bu gün, 12:57
    AFFA tərəfindən həkimlər üçün seminar keçirildi
  • Bu gün, 12:36
    Nərimanın "Kolambus Kryu"dakı maaşı açıqlandı - RƏSMİ
  • Bu gün, 12:15
    “Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
  • Bu gün, 11:54
    Gəncədə məktəblilər arasında minifutbol turniri keçirildi
  • Bu gün, 11:23
    “Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
  • Bu gün, 10:52
    Cəlal dubl etdi, komandasına qələbə qazandırdı!
  • Bu gün, 10:31
    Liqa 1-də rəqib tanımır
  • Bu gün, 10:00
    40 yaşında nəhəng turnirdə oynayacaq
  • Bu gün, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • Dünən, 23:39
    Flikin məsələsinə aydınlıq gəldi
  • Dünən, 23:18
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
  • Dünən, 22:47
    Mbappe boykota əl atıb?
  • Dünən, 22:16
    La Liqanı tərk etdilər
  • Dünən, 21:45
    “11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
  • Dünən, 21:26
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:01
    Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - VİDEO
Daha çox
Oxunub: 259
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 223
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 192
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 191
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 183
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 176
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə