Bu gün Misli premyer-liqasının 9-cu turuna start verilib.
"Football-plus.az" xəbər verir ki, gün ərzində bir qarşılaşma keçirilib. Meydana cari mövsümün iddialı komandaları çıxıb. “Zirə”nin “Turan Tovuz”u qəbul etdiyi oyun “CBC Sport” kanalında canlı yayınlanıb.
Misli premyer-liqası
1-ci dövrə, 9-cu tur
6 oktyabr
Zirə - Turan Tovuz 2:1
Salifu Suma, 34, Qismət Alıyev, 78 - Denis Marandiçi, 74
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 2:+1=0-1, 3:4.
2022/23 – 2:1, 1:3.
Cəzalı: Veysəl Rzayev (Turan Tovuz).
“Futbol+”in proqnozu: 30-40-30.
Bakı. Zirə İdman Kompleksinin stadionu. Saat 18.00.
1-ci dövrənin son turunun ilk oyunu maraqla gözlənilir. Çünki “Zirə” çempionluq mübarizəsində qalmaq istəyirsə, “Turan Tovuz” da “avrokuboklar zonası”ndan uzaqlaşmaq fikrində deyil. “Qartallar”ın iki, “boz qurd”un üç turdu qələbəyə həsrət qalması oyunun mahiyyətini daha da artırır.
Bu qarşılaşmanın aşkar favoritini müəyyənləşdirmək çətindi. Hər iki tərəf qələbə qazana bilər. “Zirə”nin bu mövsümdəki performansını və “doğma divarlar” amilini nəzərə alsaq, Rəşad Sadıqovun komandasının qələbəyə bir addım yaxın olduğunu söyləyə bilərik. Lakin iş ondadı ki, Tovuz klubu da cari mövsümdə səfərdə evdəkindən daha yaxşı oynayır. Güclü “Sabah”a Masazırda 3 qol vuran Ayxan Abbasovun komandası “Zirə”ni də məğlub edəcək potensiala malikdi. Bu məqamları nəzərə alsaq, qarşılaşmanın heç-heçə bitəcəyini söyləyə bilərik.