Alvaro Neqredo artıq işsizdi. İspaniya millisinin sabiq oyunçusu “Kadis”dən ayrılıb.
Klubun saytının məlumatına görə, 38 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Neqredo La Liqa təmsilçisində 2020-ci ildən oynayırdı. O, bu mövsüm “Kadis”in formasında 9 oyun keçirib. Alvaronun bu komandada son üç il yarım ərzində İspaniya çempionatında 97 oyuna 16 qol vurduğunu da bildirək.