“Real”ın oyunçusu nə vaxt qayıdacaq?

4.02.2024 20:21 177
Dünya futbolu
Eder Militaonun yaşıl meydana qayıdacağı vaxt məlum olub.

“Football-plus.az” xəbər verir ki, bu haqda “Real”ın baş məşqçisi Karlo Ançelotti məlumat verib. İtaliyalı mütəxəssis braziliyalı müdafiəçinin zədəsini sağaltması üçün hələ uzun müddət səbir etməli olacağını deyib. Ançelotti Militaonun ya martın sonunda, ya da aprelin əvvəlində sıraya dönəcəyini bildirib.