Adı ÇL üçün iştirak ərizəsindən çıxarıldı

4.02.2024 16:21 187
Dünya futbolu
“Napoli”nin Çempionlar Liqası üçün iştirak ərizəsində dəyişiklik edilib.

“Football-plus.az” xəbər verir ki, rəhbərlik Pyotr Zyelinskinin adını siyahıdan çıxarıb. Polşalı yarımmüdafiəçi turnirin pley-off oyunlarında iştirak edə bilməyəcək. Bu isə səbəbsiz deyil. Xatırladaq ki, Pyotr klubunun yeni müqavilə ilə bağlı təklifini bir neçə dəfə geri çevirib.

Yeri gəlmişkən, son xəbərlərdə onun yayda azad agent kimi “İnter”ə keçəcəyi bildirilib.