“Qəbələ”də bir itki

3.02.2024 23:58 213
Premyer-liqa
“Qəbələ” Misli premyer-liqasının 21-ci turunda “Zirə” ilə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, bu matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın bir futbolçusu iştirak etməyib. Ahmed Ayzaya bərpa prosesi keçir.

Sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 17.30-da başlayacaq.