Premyer-liqada 200-ə çatdı!

1.02.2024 12:58 157
Dünya futbolu
“Liverpul” İngiltərə premyer-liqasının 22-ci turunda qalib gəlməklə liderliyini davam etdirib.

“Çelsi” ilə matç baş məşqçi Yürgen Klopp üçün əlamətdar olub.

Onun komandası rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu, Kloppun “Liverpul”la premyer-liqada qazandığı 200-cu qələbə olub. Almaniyalı bu həddə çatan 7 məşqçidən biridi. Daha əvvəl Aleks Ferqyuson, Arsen Venger, Harri Rednapp, Joze Mourinyo, Devid Moyes və Xosep Qvardiola premyer-liqada 200 və daha çox qələbə qazanıblar. Qeyd edək ki, Qvardiola 200 qələbəni 269 matçda qazanıb. Klopp isə bu həddə 318-ci matçda çatıb.