"Sabah" və "Turan Tovuz" azarkeşləri Vətən üçün birləşdi

16.09.2022 15:25 457
Premyer-liqa
Bu gün Azərbaycan premyer-liqasının 7-ci turunda "Sabah” “Turan Tovuz”u qəbul edəcək.

"Footbal-plus.az" xəbər verir ki, hər iki komandanın azarkeşləri oyunu birlikdə izləyəcək.

"Sabah"ın azarkeş qrupu kimi tanınan "soldatıdisabah" sosial şəbəkədə bununla bağlı paylaşım edib:

"Mövzu Vətəndirsə, hamımız bir yumruğuq!"


Bu gün keçiriləcək “Sabah” – “Turan Tovuz” oyununu “Soldati di Sabah” “Genç Fenerbahçeliler” və “Tovuz Ultras” azarkeş qrupları bir yerdə, çiyin-çiyinə izləyəcəklər. Oyun ərzində isə Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizlə bağlı şüarlar səsləndiriləcək.

Bu addımın atılmasına səbəb, şəhidlərimizin əziz xatirəsini yad etmək və belə həssas anlarda hər zaman bir olduğumuzu nümayiş etdirməkdir.

Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 77 hərbi qulluqçumuz şəhid olub.