Yanvarın 11-də Misli premyer-liqasında qış “transfer pəncərəsi” açıq elan olundu. İndiyə qədər “Sumqayıt”dan başqa bütün klublar bəzi futbolçularla yollarını ayırıb. Həmçinin “kimyaçılar” və “Sabah” hansısa oyunçuyla müqavilə imzalamayıb.
Komandaların heyətdə dəyişiklik etməklə bağlı fevralın 8-nə qədər vaxtı var.
Qarabağ
Gələn: Aleksey İsayev (Sabah)
Gedən: Rahil Məmmədov (LKS, Polşa)
Zirə
Gələnlər: Ceyhun Nuriyev (Sabah), Rafael Utziq (“Sunqnam Asan”, Koreya)
Gedən: Andriya Lukoviç (“Radniçki”, Serbiya)
Neftçi
Gələnlər: Alfa Konte (“Lokomotiv”, Bolqarıstan), Brayan Moreno (azad agent)
Gedənlər: Aaron Olanare, İsmayıl Zülfüqarlı, Fərid Yusifli (hər ikisi “Turan Tovuz”, icarə)
Sumqayıt
Gələn: yoxdu.
Gedən: yoxdu.
Səbail
Gələnlər: Madi Queta (“Mafra”, Portuqaliya), Ayub Masika (“Nanjinq Siti”, Çin)
Gedən: Amil Yunanov (“Kəpəz”, icarə)
Araz-Naxçıvan
Gələnlər: İldar Alekperov ("Sabah", icarə), Ramin Nəsirli
Gedənlər: Bayraməli Qurbanov ( “Difai”, icarə), Nihat Qurbanlı (MOİK, icarə)
Turan Tovuz
Gələnlər: Aleks Souza (“Hegelman”, Litva), İsmayıl Zülfüqarlı, Fərid Yusifli (hər ikisi “Neftçi”, icarə)
Gedən: Sərtan Taşkın (“Manisa”, Türkiyə)
Sabah
Gələn: yoxdu.
Gedənlər: Aleksey İsayev (Qarabağ), Ceyhun Nuriyev (Zirə), İldar Alekperov (“Araz-Naxçıvan”, icarə), Camal Cəfərov (“Kəpəz”, icarə)
Kəpəz
Gələnlər: Amil Yunanov (“Səbail”, icarə), Camal Cəfərov (“Sabah”, icarə)
Gedən: Elnur Cəfərov ("İmişli", icarə)
Qəbələ
Gələn: Klesio Bauku (“Honka”, Finlandiya)
Gedən: Omar Hani (“Doksa”, Cənubi Kipr)