Qış bazarı: alış-satış necə gedir?

16.01.2024 14:12 262
Ölkə futbolu / Manşet
Yanvarın 11-də Misli premyer-liqasında qış “transfer pəncərəsi” açıq elan olundu.

"Football-plus.az" xəbər verir ki, indiyə qədər bir sıra klublar bəzi futbolçularla yollarını ayırıbsa, başqalarıyla güclənib. Komandaların mövsümün ikinci yarısı üçün heyətini komplektləşdirmək üçün fevralın 8-nə qədər vaxtı var.

Qarabağ
Gələn: Aleksey İsayev (Sabah)
Gedən: yoxdu

Zirə
Gələnlər: Ceyhun Nuriyev (Sabah), Rafael Utziq (“Sunqnam Asan”, Cənubi Koreya)
Gedənlər: Andriya Lukoviç (“Radniçki”, Serbiya)

Neftçi
Gələn: yoxdu
Gedənlər: Aaron Olanare

Sumqayıt
Gələn: yoxdu
Gedən: yoxdu

Səbail
Gələn: yoxdu
Gedən: Amil Yunanov (“Kəpəz”, icarə)

Araz-Naxçıvan
Gələn: İldar Alekperov ("Sabah", icarə)
Gedən: yoxdu

Turan Tovuz
Gələn: Aleks De Souza (“Hegelman”, Litva)
Gedən: Sərtan Taşkın (“Manisa”, Türkiyə)

Sabah
Gələn: yoxdu
Gedən: Aleksey İsayev (Qarabağ), Ceyhun Nuriyev (Zirə), İldar Alekperov (“Araz-Naxçıvan”, icarə), Camal Cəfərov (“Kəpəz”, icarə)

Kəpəz
Gələnlər: Amil Yunanov (“Səbail”, icarə), Camal Cəfərov ("Sabah", icarə)
Gedən: Elnur Cəfərov ("İmişli", icarə)

Qəbələ
Gələn: Klesio Bauku (“Honka”, Finlandiya)
Gedən: Omar Hani