Yanvarın 11-də Misli premyer-liqasında qış “transfer pəncərəsi” açıq elan olundu.
İndiyə qədər “Sumqayıt”dan başqa bütün klublar bəzi futbolçularla yollarını ayırıb. Həmçinin “kimyaçılar” və “Sabah” hansısa oyunçuyla müqavilə imzalamayıb. Komandaların heyəti komplektləşdirmək üçün fevralın 8-nə qədər vaxtı var.
Qarabağ
Gələn: Aleksey İsayev (Sabah)
Gedənlər: Rahil Məmmədov (LKS, Polşa)
Zirə
Gələnlər: Ceyhun Nuriyev (Sabah), Rafael Utziq (“Sunqnam Asan”, Cənubi Koreya)
Gedən: Andriya Lukoviç (“Radniçki”, Serbiya)
Neftçi
Gələnlər: Alfa Konte (“Lokomotiv”, Bolqarıstan), Brayan Moreno (azad agent)
Gedənlər: Aaron Olanare, İsmayıl Zülfüqarlı, Fərid Yusifli (hər ikisi “Turan Tovuz”, icarə)
Sumqayıt
Gələn: yoxdu.
Gedən: yoxdu.
Səbail
Gələnlər: Madi Queta (“Mafra”, Portuqaliya), Ayub Masika (“Nanjinq Siti”, Çin)
Gedən: Amil Yunanov (“Kəpəz”, icarə)
Araz-Naxçıvan
Gələnlər: İldar Alekperov ("Sabah", icarə)
Gedənlər: Bayraməli Qurbanov (“Difai”, icarə), Nihat Qurbanlı (MOİK, icarə)
Turan Tovuz
Gələnlər: Aleks De Souza (“Hegelman”, Litva), İsmayıl Zülfüqarlı, Fərid Yusifli (hər ikisi “Neftçi”, icarə)
Gedən: Sərtan Taşkın (“Manisa”, Türkiyə)
Sabah
Gələn: yoxdu.
Gedənlər: Aleksey İsayev (Qarabağ), Ceyhun Nuriyev (Zirə), İldar Alekperov (“Araz-Naxçıvan”, icarə), Camal Cəfərov (“Kəpəz”, icarə)
Kəpəz
Gələnlər: Amil Yunanov (“Səbail”, icarə), Camal Cəfərov (“Sabah”, icarə)
Gedən: Elnur Cəfərov ("İmişli", icarə)
Qəbələ
Gələn: Klesio Bauku (“Honka”, Finlandiya)
Gedən: Omar Hani (“Doksa”, Cənubi Kipr)