"Football-plus.az" xəbər verir ki, Portuqaliya klubu 19 yaşlı Çer Ndura ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
PSJ-dən gələn italiyalı futbolçu “Braqa”da icarə əsasında çıxış edəcək. Yayda Paris klubuna qoşulan 19 yaşlı yarımmüdafiəçi komandanın heyətində möhkəmlənə bilməyib. O, cəmi 4 oyunda meydana çıxmaq şansı qazanıb.
Ndura “Braqa” ilə Avropa Liqasında uğur qazanmaq arzusunda olduğunu bildirib:
“Avropa Liqasında uğur əldə etmək üçün komandaya qələbə qazanmaqda kömək edəcəyimə ümid edirəm. “Braqa”nın mənim üçüm ideal klub olduğunu düşünürəm”.
Ndura yeni klubunda 10 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.






