PSJ braziliyalı oyunçu alacaq

23.12.2023 22:31 244
Dünya futbolu
PSJ heyətini yeni futbolçu ilə gücləndirəcək.

Fransa klubu “Korintians”dan Qabriel Moskardonu transfer edəcək. Bunu Braziliya klubunun prezidenti Auqusto Melo yerli mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, daha əvvəl “Çelsi” Qabriel üçün “Korintians”a 20 milyon avro təklif edib, lakin qarşı tərəf bu təklifi qəbul etməyib. Braziliya klubu futbolçunun satışından ən azı 25 milyon avro qazanmaq istəyib ki, bu məbləği ödəməyə PSJ razılaşıb.