Görəsən, bu vəzifənin boş qalması yığmanın seleksiya işinə necə təsir edir? Hansısa faydalı oyunçu tapılarsa, xidməti kimə təklif olunacaq? Bu barədə məlumat almaq üçün milli komandanın seleksiyaçısı İlqar Qurbanovla danışdıq. Onun “Football-plus.az”a söylədikləri:
“Doğrusu, elə bir oyunçu yoxdu ki, milliyə cəlb etmək planımızda olsun. Təkcə Ukrayna çempionatında çıxış edən Emil Musatafayevdi ki, De Byazinin dövründə də gətirmək istədik. Yeni baş məşqçi gələnə qədər də heç nə edə bilmərik”.
KAMAL SƏFƏR




