Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Qeyd edək ki, bu mərhələdə qalib bir oyunla bəlli olacaq. Fevralın 6-8-nə nəzərdə tutulan oyunlar adı birinci göstərilən komandaların meydanında keçiriləcək. Yoluna davam edən 16 komandadan 13-ü superliqa, 2-si 1-ci liqa, 1-i isə 2-ci liqa təmsilçisidi:
Sivasspor – Konyaspor, İstanbul BŞ – Hatayspor, Gənclərbirliyi – Trabzonspor, Alanyaspor – Beşiktaş, Fatih Karagümrük – Samsunspor, Ankaragücü – 24Ərzincanspor, Qalatasaray – Bandırmaspor, Qaziantep – Fənərbaxça.
Göründüyü kimi 2-ci liqanın yeganə təmsilçisi “24Ərzincanspor” “Ankaragücü”nün qonağı olacaq. “Fənərbaxça” Antepə yollanacaq. Bir müddət öncə “Fənər” superliqa çərçivəsində səfərdə “Qaziantep”i çox çətinliklə məğlub etmişdi. “Qalatasaray” fanatları önündə 1-ci liqa təmsilçisi “Bandırmaspor”u qəbul edəcək. Təcrübəli Hüseyn Eroğlunun çalışdırdığı “Bandırmaspor” bundan əvvəlki mərhələdə səfərdə oynamasına rəğmən, sürpriz şəkildə superliqa təmsilçisi “Kasımpaşa”nı mübarizədən kənarlaşdırıb.
Türkiyə kubokunda nəhənglərin rəqibləri bəlli oldu
Dünya futbolu





