“Yuventus” heyətinə yeni futbolçu cəlb edib. İtaliya nəhəngi Tyaqo Calunun transferini rəsmiləşdirib.
Portuqaliyalı müdafiəçi turinlilərə 3,6 milyon avroya başa gəlib. O, yeni klubu ilə müddəti 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə bağlayıb. Tyaqo “Lill”də 2019-cu ilin yayından çıxış edirdi. Bu komandanın formasında meydana çıxdığı 102 oyunda 3 qolun və 2 məhsuldar ötürmənin müəllifi olan Calu əvvəllər Lissabon “Sportinq”i və “Milan”ın gənclərdən ibarət komandasında oynayıb.
Yeri gəlmişkən, Moyze Ken “Yuventus”u tərk etmək üzrədi. Gənc futbolçunun İspaniyaya yollanmağa yaxın olduğunu xəbər verən Nikolo Skira onun “Atletiko”ya keçəcəyini bildirib. Tanınmış jurnalist hücumçunun cari mövsümün sonuna qədər Madrid klubuna icarəyə veriləcəyini deyib. Bu keçid “Atletiko”ya 400 min avroya başa gələcək. Skira İspaniya klubunun 23 yaşlı Moyzenin məvacibini tam şəkildə ödəyəcəyi də qeyd edib.