Vidal “Flamenqo”nu hansı kluba dəyişəcək?

15.07.2023 13:09 252
Dünya futbolu
Arturo Vidal “Flamenqo”nu tərk edib. Onun karyerasını yenə Braziliyada davam etdirmək şansı var.

"Football-plus.az" xəbər verir ki, çilili yarımmüdafiəçi “Flamenqo” ilə müqaviləsini ləğv edib.

“Globo” nəşrinin məlumatına görə, 36 yaşlı Arturo Braziliya klubu ilə müddəti 2023-cü ilin dekabrına qədər olan sözləşməyə xitam verib.

Xatırladaq ki, o, qara-qırmızı formanı 2022-ci ildən daşıyırdı. Onun Braziliyanın digər yüksək liqa təmsilçisi “Atletiko Paranaense”yə keçəcəyi gözlənilir.