Marsyal MY-ni nə vaxt tərk edəcək?

24.01.2024 10:52 164
Dünya futbolu
Antoni Marsyalın “Mançester Yunayted”i tərk edəcəyi haqda xəbərlər səngimir.

Fransalı futbolçunun agenti bu xəbərlərə reaksiya verib. Filip Lamboli müştərisinin bu ay komandanı tərk etməyəcəyini bildirib: “Marsyal “Yunayted”i müqaviləsinin müddəti başa çatmadan tərk etməyəcək. Onun haqda yazılanlar həqiqətdən uzaq xəbərlərdi.

O, komandadan kənarlaşdırılmayıb. Baş məşqçi Erik ten Haq ilə heç bir problemi yoxdu”.