Millimizin oyunlarının təqvimi müəyyənləşdi

1.05.2023 12:27 285
Yığma
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Albaniyanın Tirana şəhərində keçiriləcək UEFA İnkişaf turniri üçün yekun heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ilkin heyətdən bir oyunçu komandadan kənarlaşdırılıb. Bu, “Qarabağ”ın üzvü Amid Qasımovdu.

Oyunların təqvimi də açıqlanıb.

2 may

Farer adaları - Azərbaycan


“House of Football" stadionu. 13.00

4 may

Albaniya - Azərbaycan


“House of Football" stadionu. 19.00

7 may

Azərbaycan - Moldova


“House of Football" stadionu. 13.00

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.