• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fikrimcə, Andrade Çin klubunun təklif etdiyi pula dəymir” - Futbolçunun satılacağı iddia edildi

Ölkə futbolu / Manşet

22-01-2024, 14:0

“Qarabağ”ın futbolçusu Leandro Andradenin klubdan ayrılmaq ehtimalı gündəmdədi.

Xatırladaq ki, kabo-verdeli yarımmüdafiəçinin xidmətində maraqlı olan “Şanxay Şenxua” “köhlən atlar”a 2 milyon, hətta bəzi qaynaqlara inansaq, 2,5 milyon avro ödəmək niyyətindədi. Lakin Ağdam təmsilçisi bu təkliflə razılaşmaq istəmir.

Kəsəsi, “Şanxayın çiçəyi” (klubun adının Çin dilindən tərcüməsi belə səslənir) “Qarabağ”ın “çiçəyini dərmək” istəyir. Bəs azərbaycanlı menecerlər və ya yeni adla desək, vasitəçilər bu haqda nə düşünür? Əlbəttə, portuqaliyalı “Qarabağ”ın aparıcı oyunçularından biridi. Lakin Çin klubunun təklifi də ağız sulandırır. Görəsən, belə alver “köhlən atlar”ın biznes-planına uyğundu?

Bu suallarla menecer Erkin İbrahimova müraciət etdik. Onun "football-plus.az"a söylədikləri:

“Birincisi, onu deyim ki, belə mənzərənin ortaya çıxması adamı çox sevindirir. Xatırlayırsızsa, “Qarabağ” Kadi Borgesi 5 milyon avroya satıb əla gəlir əldə etmişdi. Ümumiyyətlə, Ağdam təmsilçisinin futbolçuları üçün daim təkliflər olur. Deməli, işlər düzgün qurulub. Hər bir azərbaycanlı proseslərin belə axarını izləyərkən qürur hissi keçirir. Həqiqətən Qurban Qurbanovun yetirmələrinə tələbat var. Məsələn, indi Antalyadayam. Müxtəlif ölkələrdən futbol menecerləri gəlib. Onlar bu şəhərdə təlim-məşq toplanışı keçən futbolçuları izləyir. Mənə dəfələrlə Leandro Andrade, Abdulla Zubir və Julio Romao üçün müraciət ediblər, maraqlanıblar. Hər biriylə söhbətdə “Qarabağ”ın oyunçularını aşağı qiymətə satmayacağını qeyd etmişəm. Bu klub böyük pullar qazanmağa çalışır ki, həm gedənlərin yerini doldura bilsin, həm də daha keyfiyyətli futbolçular transfer etsin. Şəxsən mənim fikrimcə, Andrade Çin klubunun təklif etdiyi pula dəymir. Oyunçunun da gedib orda özünü “Qarabağ”dakı kimi göstərə biləcəyi şübhə altındadı. Məsələn, Ramil Şeydayev “Sabah”ın əvəzedici heyətinə qədər düşmüşdü ki, Qurban Qurbanov onu “diriltdi”. Həmçinin Andrade Bolqarıstanın ortabab klubundan (“Çerno More” – red.) alınmışdı, Ağdam təmsilçisində ulduzu parıldadı. Belələrinin sayı az deyil. Başqa komandalarda meydana çıxmaq şansı əldə edə bilməyənlər gəlib “Qarabağ”da yüksək səviyyəli futbolçuya çevrilir. Leandroya görə kluba 3 milyon avro veriləcəksə, bu, çox yaxşı məbləğdi. Problem odu ki, qarşıdan Avropa Liqası çərçivəsində “Braqa” ilə oyunlar gəlir. Hazırda Ağdam təmsilçisinin təcili şəkildə yeni futbolçu axtarışında olduğunu düşünürəm. Hətta bəlkə də tapıblar. Məncə, Qurban Qurbanovun bu planı baş tutsa, Leandro satılacaq. Çoxu bilir ki, oyunçu üçün həmin qiymət yetərincə çoxdu”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-01-2024, 15:0

Andradenin müqaviləsi ilə bağlı şok məqam – “Qarabağ” iki il əvvəl ora elə bənd salıb ki...

Premyer-liqa / Manşet

27-12-2022, 12:0

"Qarabağ" Kadini satmır

Premyer-liqa / Manşet

22-12-2022, 11:0

"Qarabağ" futbolçusu Rusiya klubunun hədəfində

Ölkə futbolu / Manşet

18-01-2024, 14:0

“Qurban Qurbanov Leandronu rahat şəkildə satardı” - bəs onda niyə satmır?

Aktual

28-01-2023, 11:0

“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb

Aktual
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
Son xəbərlər
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə