“Araz-Naxçıvan” daha bir futbolçusunu icarəyə verdi

22.01.2024 13:09 195
Premyer-liqa
“Araz-Naxçıvan” daha bir futbolçusunu icarəyə verib.

“Football-plus.az” xəbər verir ki, premyer-liqa təmsilçisinin müdafiəçisi Nihad Qurbanlı 1-ci liqa komandası MOİK-ə keçib.

22 yaşlı oyunçu cari mövsümün sonuna qədər “hərbçilər”in formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu 1-ci liqanın digər komandası “Difai Ağsu”ya icarəyə verib.