“Araz-Naxçıvan” futbolçusunu icarəyə verdi

16.01.2024 17:53 161
Ölkə futbolu
“Araz-Naxçıvan” futbolçusu Bayraməli Qurbanovu icarəyə verib.

"Football-plus.az" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını I Liqada keçirəcək.

O, mövsümün sonuna qədər “Difai”nin formasını geyinəcək.

Qeyd edək ki, Bayraməli Qurbanov bu mövsüm premyer-liqanın 9 oyununda 109 dəqiqə meydanda olub.