"Sumqayıt" əcnəbi hücumçu transfer etdi

17.07.2023 11:25 306
Ölkə futbolu
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini həyata keçirib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsüm Bolqarıstan “Lokomotiv Plovdiv”ində çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarında da çıxış edib.