Madi Quetanın müqaviləsinin detalları

19.01.2024 15:14 198
Premyer-liqa
“Səbail” yeni transferi Madi Queta ilə 1,5 illik müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, ilin ilk transferi olan 25 yaşlı vinger 2024/25 mövsümünün sonuna qədər Bakı klubuna məxsus olacaq. Qvineya-Bissau yığmasının üzvü yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Madi Queta son olaraq Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış edib. Həmin ölkənin “Portu” klubunun yetirməsi olan futbolçu Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qoruyib. Queta 2022-ci ildən Qvineya-Bissau yığmasına çağırılır.