Tural Piriyev: "Bu klub üçün tədbir keçirdik, 10 iş adamı..."

20.01.2024 11:34 605
Ölkə futbolu / Manşet
Bir neçə gün əvvəl “Zaqatala”nın prezidenti Şaban Şirdanovla əlaqə saxladıqda bizə məlumat vermişdi ki, yanvarın 19-da Futbolun İnkişaf Fondu (FİF) bu kluba yardımla bağlı Bakıda tədbir keçirəcək.

Tədbirin keçirilib-keçirilmədiyi ilə maraqlandıq. Təəssüf ki, Şaban bəy zənglərimizə cavab vermədi. Belədə FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:

“Tədbir keçirildi. Hədəfimiz ilkin mərhələdə 10 iş adamını bu kampaniyaya cəlb etməkdi. Tədbirin yekunu barədə yaxın günlərdə daha ətraflı məlumat veriləcək”.

KAMAL SƏFƏR