Kim ilin ən yaxşı məşqçisi seçiləcək?

16.12.2023 13:18 179
Dünya futbolu
“Globe Soccer Awards”ın təşkilatçıları 2023-cü ilin ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə mükafatın sosial şəbəkə hesablarında məlumat yayılıb.

İlin ən yaxşı məşqçisi adına namizədlərin siyahısına Xosep Qvardiola (Mançester Siti), Karlo Ançelotti (Real), Mikel Arteta (Arsenal), Simone İnzaqi (İnter), Marsel Koller (Əl-Əhli), Lionel Skaloni (Argentina yığması), Luçano Spalletti (Napoli/İtaliya yığması) və Xavi Ernandes (Barselona) layiq bilinib.

Xatırladaq ki, müxtəlif nominasiyaların qaliblərinin mükafatlandırıldığı mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. Yeri gəlmişkən, 2022-ci ildə ən yaxşı məşqçi üçün nəzərdə tutulan mükafatı Ançelotti qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul