“Zirə” Toni Qomeslə yollarını ayırıb

23.08.2023 11:55 233
Ölkə futbolu
“Zirə” futbolçusu Toni Qomeslə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Qvineya-Bissau yığmasının yarımmüdafiəçisi karyerasını İsraildə davam etdirəcək. Belə ki, 25 yaşlı cinah oyunçusu Hadera “Hapoel”inə transfer olunub.

Qeyd edək ki, ötən ilin yayında “Zirə”yə keçən Toni Qomes 2022/23 mövsümündə premyer-liqada keçirdiyi 24 oyunda 3 qol vurub.