"Şamaxı" "Turan Tovuz"un futbolçusunu icarəyə götürdü

19.01.2024 14:11 195
Ölkə futbolu
1-ci liqada mübarizə aparan “Şamaxı” heyətini yeni oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırovu icarəyə götürüb. O, cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.

Xatırladaq ki, "Şamaxı" daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.