Krespo işsizliyə Qətərdə son qoydu

21.03.2022 20:30 411
Dünya futbolu
Ernan Krespo bir neçə aylıq işsizliyə son qoyub.

Argentinalı məşqçi bundan sonra Qətərdə çalışacaq. 46 yaşlı mütəxəssis karyerasını “Əl-Duhail”də davam etdirəcək. Kresponun bu klubla bağladığı müqavilənin müddəti 2023-cü ilədək nəzərdə tutulub.

Kresponun sonuncu iş yeri “San Paulu” olub. O, Braziliya klubunda ötən il bir neçə ay işləyib. Məşhur sabiq hücumçunun daha əvvəl “Parma”nın gənclərdən ibarət komandasını, “Modena”, “Banfild” və “Defensa y Xustisiya”nı çalışdırdığını da xatırladaq.