Yeni mövsümə hazırlığı davam etdirən “Araz-Naxçıvan” və “Kəpəz” bu gün yoxlama matçında üz-üzə gəliblər.
“Football-plus.az” xəbər verir ki, oyun “Dalğa Arena”da baş tutub. 18.00-da start götürməsi planlaşdırılan qarşılaşma hava şəraiti ilə əlaqədar 30 dəqiqə gec başlayıb. Komandalar hərəyə 1 qol vurub. Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev, gəncəlilərdə isə Mate Kvirkviya fərqlənib. Görüş 1:1 hesablı bərabərliklə nəticələnib.