AŞF Nicata lazımi şəraiti yaradacaq

14.01.2024 21:10 265
İdman / Manşet
Xəbər verdiyimiz kimi, Dünya kubokunun qalibi Maqnus Karlsin imtinasından sonra həmin turnirdə 4-cü yeri tutan Nicat Abbasov aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində keçiriləcək dünya şahmat tacına İddiaçıların turnirində iştirak hüququ qazanıb.

İddiaçılar turnirinin qalibi hazırkı dünya çempionu – çinli Dinq Lirenlə qarşılaşacaq. Vidit Qucrati, Fabiano Karuana, Hikaru Nakamura, Yan Nepomnyaşi, Rameşbabu Praqanandha, Qukeş Dommaracu və Əlireza Firuzca ilə 1-ci yer uğrunda mübarəz aparacaq 28 yaşlı azərbaycanlı həmin turnirə necə hazırlaşacaq? Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən bununla bağlı açıqlama aldıq:
"Nicat Abasovun karyerasında ilk dəfə İddiaçılar turnirində iştirakı ona böyük fürsət yaradır. Dünya kubokunda layiqincə çıxış etməklə vəsiqəni haqq etdi. Azərbaycan Şahmar Federasiyası Nicata lazımi şəraiti yaradacaq. Bu məsələ üzrə şahmatçının bütün istəkləri nəzərə alınacaq. Hazırlıqla bağlı bəzi detalların gizli qalması məsləhətdi".


GÜNAY SÜLEYMANOVA