"Şamaxı" 3 futbolçusunu komandada saxlayıb.
"Football-plus.az" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. "Aslanlar" müdafiəçi Kənan Quliyev, yarımmüdafiəçi Abbas Ağazadə və hücumçu Elşad Tağıyevlə yeni müqavilə imzalayıb. Hər üç futbolçu yeni razılaşmaya əsasən növbəti mövsümün sonuna qədər komandanın formasını geyinəcək.