"Şamaxı"da daha bir müqavilə

15.12.2022 12:17 328
Premyer-liqa
"Şamaxı" bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi Bahadur Həziyev daha iki il yarım "şirlər"in formasını geyinəcək.

Qeyd edək ki, "Şamaxı" hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqavilə yeniləyib.