Yunan-Roma güləşçilərimiz dünya çempionatından 5 medalla ayrıldı

13.09.2022 22:40 408
İdman
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Millimizin yunan-Roma güləşçisi Murad Məmmədov bu gün bürünc medal uğrunda görüşə çıxıb. 60 kq-da yarışan idmançımız Yaponiya təmsilçisi Fumita Keniçiro ilə qarşılaşıb. Rəqibinə 1:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.

Bununla da, yunan-Roma güləşçilərimiz turniri 5 medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.