Buna Sarr tezliklə məhkəmə qarşısına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, o, vergidən yayınmaqda ittiham olunur.
“Bild” qəzetinin məlumatına görə, “Bavariya”nın müdafiəçisinin 2022-ci ilin payızında gömrük məntəqəsində bəyan etmədiyi bahalı “Patek Philippe” saatı aşkar olunub. O, buna görə, Münhen hava limanında problemlər yaşayıb. Maraq üçün bu markanın ən ucuz kişi saatının 31 min avro dəyərində olduğunu qeyd edək. Buna hadisəyə qəzəblə reaksiya verib, sosial şəbəkədə gömrük əməkdaşlarının başlarında təlxək emojiləri olan fotolarını yayıb. Seneqallı futbolçu onları ictimaiyyət qarşısında ələ salıb. Sarr həmçinin onları irqçilikdə ittiham edib.
31 yaşlı idmançı bunlara görə yanvarın 18-də məhkəmə qarşısına çıxacaq. Yeri gəlmişkən, Buna hazırda zədəli olduğundan həm klub, həm də milli komandasından kənardadı.