Avstraliyalı tennisçi Nik Kiryosun məhkəməsi avqustun 23-nə təxirə salınıb.
Football-plus.az xəbər verir ki, tanınmış idmançı sabiq qız dostu Kyar Passariyə hücum etməkdə suçlanır. Onun xanımı boğmağa çalışdığı deyilir. Bu maddə üzrə nəzərdə tutulan ən yüksək cəza ikiillik həbsdi. Passari ictimaiyyət önündə Kiryosu xəyanətda də ittiham edib.
Tennisçi məhkəmə iclaslarında iştirak etməyə məcbur deyil. Düzdü, belədə onu hüquqi təmsilçiləri əvəz etməlidi. İlkin dinləmə avqustun 2-nə təyin olunsa da, yuxarıda vurğuladığımız kimi, avqustun 23-nə qaldı.