"Cenoa"nın futbolçusu Manolo Portanova həbs edilib.
22 yaşlı hücumçu gənc qıza cinsi təcavüzdə ittiham olunur. Hadisə ötən il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib. Onunla yanaşı, daha iki şəxs iyunun 7-də məhkəmə qarşısına çıxacaq.
Daha əvvəl Portanova və digər iki şəxs ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror Nikola Marini şübhəlilərin həbsi barədə göstəriş verib.
Xatırladaq ki, Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdü.