Çantakiasla İsmayıl harda idi?

11.01.2024 20:15 206
Premyer-liqa / Manşet
Dünən "Dalğa Arena"da keçirilən "Zirə" - "Araz-Naxçıvan" yoxlama oyununda diqqətimi çəkən məqamlardan biri də "qartallar"ın heyətində Dmitrios Çantakiasla İsmayıl İbrahimli gözə dəyməməsi oldu.

"Football-plus.az" saytı olaraq, adı çəkilən oyunçuların yoxluğunun səbəbini aydınlaşdırmaq üçün qəsəbə təmsilçisinin sözçüsü Elmar Abdullazadəylə danışdıq:

"Çantakias və İbrahimli zədəlidi. Ona görə onlar dünənki oyunda yox idi".

ABDULLA İSMAYILOĞLU