“Turan”ın yetirməsi olan 35 yaşlı yarımmüdafiəçi “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt” klublarının formasını geyinib. O, 2008-17-ci illərdə yığmanın heyətində 38 oyun keçirib, 7 qol vurub.
Görəsən, Elvin Məmmədovun karyerasını bitirməsinin səbəbi nədi? Bundan sonra hansı işlə məşğul olacaq? O, “Football-plus.az”ın suallarını belə cavablandırdı:
“Hansısa problem yoxdu. Məşqçi kimi çalışmaq istəyirəm. Hələ ki heç bir təklif yoxdu. Düzdü, məşqçi olmaq futbolçu olmaqdan daha çətindi. Amma sınamağa dəyər. Əslində, bu planları ötən mövsüm qurmuşdum. Bu ilə qismət imiş. Həm də klublardan futbolçu kimi dəvət almadım. Düşündüm ki, karyeram elə bura qədər imiş. Məqşçiliklə bağlı təklifləri dəyərləndirməyə çalışacam. Bundan sonrası üçün “xeyirlisi” deməkdən başqa yol yoxdu”.
KƏNAN BAHADIR




