• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elvin Cəfərquliyev: “Adımın ən yaxşılar arasında olacağını təxmin eləmişdim” - MÜSAHİBƏ

Manşet / Müsahibə

10-01-2024, 10:0

2023-də ulduzu parlayan futbolçulardan biri də Elvin Cəfərquliyevdi.

“Qarabağ”ın 23 yaşlı müdafiəçisinin “Futbol+”in ümummilli sorğusunda 3-cü yeri tutması da təsadüfi deyil. onunla əlaqə saxlayıb, bəzi aktual suallara cavab tapmağa çalışdım.

- Elvin, hazırda “Qarabağ”ın və yığmanın aparıcı oyunçularından sayılırsan. İlin futbolçusunü müəyyənləşdirmək üçün keçirdiyimiz sorğuda 3-cü yeri tutdun. Hətta ilin futbolçusu seçilən Bəhlul Mustafazadə məhz sənə səs verdi. İlk “üçlük”də olacağınızı gözləyirdinmi? Bu il sorğunun qalibi ola bilərsənmi?
- Baxmayaraq ki, üçüncü seçilmişəm, buna görə sevinirəm. Bəhlula təşəkkür edirəm ki, məni ora layiq görüb. Onun adına da çox sevinirəm. Çünki buna layiq idi. Mən öz işimi görürəm, əlimdən gələnin ən yaxşısını edirəm ki, hər il daha da yaxşı olum. Məni ora kim layiq görübsə, hamısına təşəkkürümü bildirirəm. Adımın ən yaxşılar arasında olacağını hardasa təxmin eləmişdim.

- Gələcək karyeranla bağlı nə düşünürsən?
- Bildiyiniz kimi, mən “Qarabağ”ın futbolçusuyam. İndiki durumda bütün fikrim bu komandanın yanındadı.

- Qış fasiləsində sənə başqa ölkələrin və ya öz klublarımızdan təkliflər olubmu?
- Bu məsələlərlə menecerim maraqlanır. Bu haqda belə danışığımız olmayıb. Hansısa ciddi təklif olsa, mənim də xəbərim olardı. Elə bir danışıq hələ ki yoxdu.

- Bəs legioner həyatı yaşamaq barədə düşünürsənmi?
- Əlbəttə, düşünürəm. Niyə də olmasın?! Burda ilk növbədə gərək komandam razı olsun. Sonra mənim razılığım gəlir. Ancaq indi bütün fikrim “Qarabağ”ladı.

- Sol cinah müdafiəçiləri arasında kumirin varmı?
- Əlbəttə, Avropada oynayan bir çox sol cinah müdafiəçisinə baxıram. Ən çox sevdiyim Xordi Albadı. Alexandro Baldeni də bəyənirəm, çox sürətli futbolçudu. Hətta Alfonso Deyvisi də bu siyahıya əlavə edərdim.

- “Qarabağ”la bir çox uğurlara imza atmısan, lakin millidə bu uğurlar görünmür. Nəyə görə belədi? Yığmada hansı çatışmazlıqlar var?
- Nə çatır, nə çatmır - bunu deyə bilmərəm. Mən öz oyunuma baxmalıyam. Çox istərdim ki, millidə də uğurlu nəticələrə imza ataq. İnanıram ki, bir gün bu da olacaq.

- Bir çox mütəxəssis Azərbaycanın indiki yığmasını tarixin ən güclü yığması adlandırır. Bu barədə nə düşünürsən?
- Mən də bu fikirlə razıyam. Hər mövqedə yaxşı oyunçularımız var. Düzdü, nəticələrə baxsaq, bir o qədər ürəkaçan deyil. Amma bu heyətlə yaxşı nəticələr qazana bilərik.

- Bildiyin kimi, hazırda yığmanın vakant baş məşqçi postunun yeni sahibini müəyyənləşdirmək üçün İşçi Qrup yaradılıb. Bir çox mütəxəssislər milli komandanın yerli məşqçilərdən birinə tapşırılmasının tərəfdarıdı. Sən nə düşünürsən? Namizədin varmı?
- Bu barədə çox danışmaq istəmirəm. Kim gəlir-gəlsin, amma doğru seçim olsun.

- Avropa Liqasında “Braqa” ilə qarşılaşacaqsız. Rəqibin oyunlarını izləyibsənmi?
- Bildiyiniz kimi, yenicə yığışmışıq. Hələ ki “Braqa”nı təhlil etməmişik.

- “Qarabağ” güclənir, əsas rəqibləriniz kimi görünən “Neftçi” ilə “Sabah” isə bu yolda ciddi addımlar atmır. Bu məqam sizdə arxayınlıq yaratmayacaq ki?
- Xeyr. Biz hər bir oyuna eyni motivasiya ilə çıxırıq. Çempionatımız elədi ki, hansısa komanadaya qarşı hazırlıqsız çıxsan, xal itirə bilərsən.

- Çoxu düşünür ki, artıq çempionluğun taleyi həll olunub. Sən də bu fikirlə razısan, yoxsa ikinci yarıda hansısa komandalardan ciddi müqavimət gözləyirsən?
- Xeyr, razı deyiləm. Hələ ki bizi çox qarşılaşma gözləyir. Bilmək olmaz nə olacaq. Ona görə də ikinci yarıya ciddi hazırlaşırıq.

- “Qarabağ”ın üç cəbhədə - çempionatda, ölkə kubokunda və Avropa Liqasında - mübarizə aparması çətin deyilmi?
- Çətinlik olur, amma komandada təcrübəli futbolçular çoxdu. Hər cəbhədə də maksimum nəticə qazanmağa çalışacağıq.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-12-2023, 23:0

Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, yoxsa Emin Mahmudov?

Ölkə futbolu / Manşet

2-01-2024, 17:0

"Bəhlulun legioner həyatı yaşamaq arzusuna müsbət yanaşıram" - İlin futbolçusunun atası MESAJ VERDİ

Aktual / Manşet

23-12-2022, 13:0

İlin ən güclü futbolçusunu birlikdə seçək!

Premyer-liqa / Manşet

5-02-2023, 18:0

Elmar Baxşıyev: "Ağır olacağını təxmin edirdik"

Ölkə futbolu / Manşet / Müsahibə

1-01-2023, 11:0

“Bəlkə də Rəşad Sadıqova çatmağa vaxtım qalmayacaq”

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 156
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 153
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə