“Liverpul”da yeni mövsümün kapitanı müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, son 7 ildə komandanın kapitanı olan Cordan Henderson “Əl-İttifaq”a keçib.
Qeyd edək ki, o, ötən mövsüm oynamadığı matçlarda kapitanlıq sarğısını Vircil van Diyk və Alisson taxıb. Hendersonun statusu Vircil van Diykə keçib. Vitse-kapitan statusunu isə komandanın digər müdafiəçisi Trent Aleksander-Arnold daşıyacaq.