“Neftçi”, çox güman, iki hücumçu transfer edib kifayətlənəcək”

10.01.2024 13:57 1 355
Ölkə futbolu / Manşet
Qış “transfer pəncərəsi”nin yenicə açılmasına baxmayaraq, artıq bir sıra keçidlər baş tutub.

Bir müddət öncə transfer bazarında hərəkətlilik olub-olmayacağı ehtimalıyla bağlı sualımızı Erkin İbrahimova ünvanlamışdıq. Təcrübəli menecer cavabında həm lider, həm də autsayder komandaların çoxlu transfer edəcəyini, bazarın fəal olacağını bildirmişdi. Görəsən, transfer bazarındakı hərəkətlilik onun gözləntilərini doğrultdumu?

“Football-plus.az” olaraq, yenidən Erkin bəylə əlaqə saxladıq:

“Budəfəki qış fasiləsində transfer siyasəti gözləntilərimi doğrultmadı. Əsasən yeni baş məşqçi ilə anlaşan “Neftçi”dən çoxlu transfer gözləyirdim. Çox güman, bakılılar iki hücumçu transfer edib kifayətlənəcək. Digər komandalarda da elə bir fəallıq yoxdu. Hələ ki transfer fasiləsi davam edir. Bəlkə də qarşıda bu hərəkətlilik artacaq”.

KAMAL SƏFƏR