Ölkə futbolunda 2023-ə yekun vurmaqdayıq.
"Football-plus.az" xəbər verir ki, qış fasiləsində transfer mövzusu həmişə ön planda olur.
Bəs, transfer bazarında hansısa hərəkətlilik varmı? Yerli futbolçuların xaricə çıxmaq şansı nə dərəcədə realdı? Bəs daxili transfer bazarında rəqabət nə yerdədi?
Bütün bu suallara aydınlıq gətirmək üçün menecer Vaqif Heydərlinin fikirlərini öyrəndik.
“Hələ ki qış transfer bazarında fəallıq yoxdu. Həm klublar, həm də futbolçular və onların menecerləri transfer fəaliyyətinə yeni-yeni başlayır. Limitə görə hamı öncə yerli oyunçulara üstünlük verir. Daha sonra əcnəbi futbolçular nəzərdən keçirilir. Amma ümumi götürəndə onu deyə bilərəm ki, qış “transfer pəncərəsi”ndə işləmək çətindi, sərbəst, müqaviləsi olmayan futbolçuların sayı azdı. Bizim klubların əksəriyyəti də sərbəst oyunçulara üstünlük verir. Bu baxımdan qış transfer dönəmi yay transfer dönəmi ilə müqayisədə passiv keçir. Ancaq irəlidəki günlərdə, xüsusən də yeni ilin ilk günlərində fəallıq müşahidə olunacaq. Bizimkilərdən kiminsə xaricə çıxmaq ehtimalı da azdı”.
MİRKAMAL KAZIMZADƏ