Xuan Mata artıq heç bir kluba bağlı deyil. Məşhur futbolçu “Vissel Kobe”dən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, Yaponiya klubu ispaniyalı yarımmüdafiəçi ilə müddəti başa çatan müqaviləni yeniləməyib. Qeyd edək ki, 35 yaşlı futbolçu sıralarına ötən il qoşulduğu kobelilərlə ölkə çempionu olub. Ancaq son mövsümdə komandada yalnız bir oyunda meydana çıxmaq imkanı qazanıb.