Karyerasını ''Qalatasaray''da davam etdirən Xuan Mata indidən futboldan sonrakı həyatı barədə düşünməyə başlayıb.
Football-plus.az xəbər verir ki, Fransa mətbuatının yazdığına görə, ispaniyalı ulduz FİFA-nın təşkil etdiyi idman idarəçiliyi diplomunu almaq üçün kurslara yazılıb.
Təxminən bir il davam edəcək bu dəfəki kurslara Matadan başqa sabiq oyunçulardan Con Terri, Fernandinyo, Tim Keyhill və xanım futbolçu Karli Lloyd kimi tanınmış isimlər də qatılacaq.
İdman strategiyaları, liderlik və ünsiyyət mövzusunda dərslərin verildiyi bu kursları daha öncə Fabio Kannavaro, Nuno Qomeş kimi isimlər də bitirərək diplom alıblar. Xatırladaq ki, İspaniyanın heyətində dünya və Avropa çempionu olmuş 34 yaşlı Mata ''Qalatasaray''la bu yay "1+1" illik müqavilə imzalayıb.