Məşhur futbolçu Yaponiyada qərar tutdu

2.09.2023 18:16 217
Dünya futbolu
Nəhayət, Xuan Mata özünə yeni komanda tapıb.

"Football-plus.az" xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted”in keçmiş oyunçusu karyerasını Yaponiyada davam etdirəcək.

Fabritsio Romanonun yaydığı məlumatda Matanın “Vissel Kobe”yə keçdiyi bildirilib. 35 yaşlı futbolçu ötən mövsümün sonunda “Qalatasaray”dan ayrılandan sonra klubsuz qalmışdı.