“2-ci belə bölgə yoxdu ki, hər çempionatda komandası olsun” – tərifli bölgə hansıdı?

9.01.2024 18:21 537
Ölkə futbolu / Manşet
Region Liqasının Mərkəz zonasında mübarizə aparan "Araz" 4-cü turda "Hacıqabul"u 6:0 hesabıyla məğlub etdi.

Bununla da İmişli təmsilçisi qrupda liderliyə yüksəldi. Bölgə təmsilçisinin təcrübəli kapitanı Nicat Gülməmmədov uğurlu çıxışla bağlı "Football-plus.az" saytına bunları dedi:

"Çox sevindirici haldı ki, İmişlinin həm 1-ci, həm 2-ci, həm də Region Liqasında təmsilçisi var. 2-ci belə bölgə yoxdu ki, hər çempionatda komandası olsun. Rayonumuzda futbola maraq bizi sevindirir. Vaxtilə premyer-liqada mübarizə aparan, hətta avrokuboklarda çıxış edən "MKT-Araz"ımız vardı. Bu gün təşkil etdiyimiz "Araz"da da tarixə qovuşmuş komandamızın futbolçuları yerə alır. Heyətimizdə olan 4-5 oyunçu vaxtilə "MKT-Araz"da oynayıb, qalanları isə gənclərdi. Şükürlər olsun ki, döyüşkən komanda yarada bilmişik. Məqsədimiz maksimum irəli getməkdi. Hazırda qrup lideriyik. Bu üstünlüyümüzü davam etdirməklə qərarlıyıq".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul