Koutinyo üçün MLS variantı

8.01.2024 21:21 180
Dünya futbolu
"Əl-Duhail"in yarımmüdafiəçisi Filippe Koutinyo komandanı tərk edə bilər.

"Football-plus.az" xəbər verir ki, futbolçunun "İnter Mayami" variantı yaranıb. 31 yaşlı braziliyalının transfer hüquqlarına sahib olan "Aston Villa" onu heyətinə qaytarmağı planlaşdırmır.

Koutinyonun Qətər klubu ilə icarə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu mövsüm o, “Əl-Duhail”in heyətində 11 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.